Azərbaycanca - Sorah Al-Ma'un ( Small Kindnesses ) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah Al-Ma'un ( Small Kindnesses )

Choose the reader


Azərbaycanca

Sorah Al-Ma'un ( Small Kindnesses ) - Verses Number 7
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ ( 1 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 1
(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ ( 2 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 2
O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ( 3 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 3
Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
فَوَيْلٌ لِّلْمُصَلِّينَ ( 4 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 4
Vay halına o namaz qılanların ki,
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ( 5 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 5
Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
الَّذِينَ هُمْ يُرَاءُونَ ( 6 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 6
Onlar (namazlarında) riyakarlıq edər,
وَيَمْنَعُونَ الْمَاعُونَ ( 7 ) Al-Ma'un ( Small Kindnesses ) - Ayaa 7
Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

Random Books

  • Sünnə və Cəməa anlayışıYaşar Qurbanovun tərcümə etdiyi "Sünnə və Cəməa anlayışı" adlı kitabı oxucularımıza təqdim edirik. Müasir dünyamızda özlərinin Əhli-Sünnə və Cəməa olduğunu iddia edən, fəqət bu anlayışdan çox kənar olan inam və etiqada sahib olan insanlar mövcuddur. Bu kitabda əhli-sünnə və cəməa anlayışının əsas prinsipləri ilə tanış olacaqsınız.

    Translators : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/328758

    Download :Sünnə və Cəməa anlayışıSünnə və Cəməa anlayışı

  • Namazda Mütiliyə Aparan 33 AmilHər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.

    Source : http://www.islamhouse.com/p/328760

    Download :Namazda Mütiliyə Aparan 33 Amil

  • Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən ÖncədirHörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır

    Source : http://www.islamhouse.com/p/328821

    Download :Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən Öncədir

  • Namazın İslamda yeri-

    Formation : Ramil Soltanov

    Source : http://www.islamhouse.com/p/307767

    Download :Namazın İslamda yeriNamazın İslamda yeri

  • Şəfa Duaları və OvsunlarKitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.

    Source : http://www.islamhouse.com/p/328860

    Download :Şəfa Duaları və Ovsunlar